Ramin Məmmədov qeyd edib ki, Azərbaycanda əsrlər boyu formalaşan multikulturalizm ənənələri müxtəlif dinlərin, mədəniyyətlərin sülh, qarşılıqlı hörmət şəraitində yaşamasını təmin edən əsas amillərdən biridir. Müstəqilliyimizi bərpa etdikdən sonra ölkəmizdəki dinlərarası harmoniya daha da möhkəmlənib, dövlət siyasətinin prioritet istiqamətinə çevrilib.
Görüş zamanı Dini Mərkəzin katibi Ramazan Əsgərli bəhai icmaları üçün ölkəmizdə yaradılan əlverişli şərait, eləcə də milli-mənəvi dəyərlərin qorunması və təbliği istiqamətində həyata keçirilən layihələr barədə məlumat verib. Qeyd edib ki, Azərbaycan Bəhailəri Dini Mərkəzi ölkədə mövcud olan tolerantlıq və qarşılıqlı hörmət ənənələrinə uyğun olaraq fəaliyyətini uğurla həyata keçirir.










Vaxtında, Aydın, Lazımlı!


